KepezTV Player
İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar ilk öncə Füzuli şəhərində Ermənistanın işğal zamanı törətdiyi vandalizm aktları, azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olublar. Daha sonra Şuşaya gəliblər. Burada onlara şəhərin işğal dövründəki vəziyyəti, hazırda həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. 50 nəfərlik qrup Ağdam şəhərində də olub. Səfər azad edilmiş ərazilərin “Black torurism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün mühüm əhəmiyyət kəsb edir.
- Baxış: 151