KepezTV Player
"Böyük Qayıdış proqramına uyğun olaraq 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulub". Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov açıqlamasında deyib. Onun sözlərinə görə, ən vacib məqamlardan biri onların təkcə işğaldan azad olunmuş ərazilərə qayıdışını deyil, dayanıqlı məşğulluğunu təmin etməkdir. Azad edilmiş ərazilərdə köç başladığı dövrdən indiyə qədər 755 nəfərin məşğulluğu təmin edilib.
- Baxış: 175