• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 04.11.2023 14:30

Əlamətdar bayramlar ərəfəsində yaşıllıq ərazilər artırılır

KepezTV Player

Zəfər Günü ərəfəsində Samuxda ağacəkmə aksiyası keçirilib. Ekoloji tədbir çərçivəsində Gəncə-Samux və Samux şəhərinin Heydər Əliyev prospektində yol kənarlarına yeni ağaclar əkilib, suvarılması təmin edilib. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, təşkilat və müəssisələrin kollektivləri, yerli icra nümayəndələri və bələdiyyələr, gənc könüllülər iştirak ediblər. Ağacəkmə ilə yanaşı, təmizlik-abadlıq işləri aparılıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib. Samux şəhərinin giriş hissəsinə Zəfər simvolumuzu xarakterizə edən dekorativ gül kolları basdırılıb. Ümumilikdə 1000-dən çox ağac və gül kolları əkilib. Görülən işlər çərçivəsində Samux şəhərinin müxtəlif küçələrinə yeni tullantı qabları da qoyulub. Yaşıllıq aksiyası qarşıdakı günlərdə də davam edəcək.

Fərid Mehdiyev