• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 01.11.2023 10:26

İstedadlı gənc

İnformasiya hər hansı fakt, hadisə haqqında məlumat demək olsa da, əslində, həyatımızın bütün sahələrini əhatə edir və hər zaman hər kəs üçün maraqlı olub. Elə biz də bu gün informasiya xidmətləri üzrə gənc peşə sahibi olan Şəhla xanımın sahəsinin sirrlərini öyrənməyə gəldik. İlk sualla söhbətimizə başlayaq.

- Necə oldu ki, özünüzü məhz bu sahədə gördünüz?

Şəhla Mustafayeva- rabitə avadanlıqları quraşdırcısı: “Valideynlərim məsləhər verdi ki, rabitə geniş yayılmış bir sənətdir. Həm informasiyadır, qız üçün çox əlverişli sənətdir. İstənilən müəssisədə, şirkətdə asanlıqla iş tapa bilərsən. İxtisas olaraq mənim üçün də çox yaxşıdır. Çünki informasiya sürətlə yayılır və inkişaf edir. Xarici ölkələrlə də əlaqələr tez-tez qurulduğuna görə bu sahə marağımı çox çəkdi”.

- Müasir dövrdə bu xidmətlərdən istifadə edən kütlə sayı elə də az deyil və belə olduqda işlər də öz növbəsində çox olur. Bəs sizin üçün işinizin çətin tərəfi nədən ibarətdir?

- “İşimizin çətin tərəflərindən biri insanlarla səbrlə davranmaqdır. Bəzən insanlar çox sual verirlər, yaxud da nədənsə şikayətlənirlər. Bu vaxt əgər səbrli davranmasaq, sonra cəza ala bilərik”.

- Çətin tərəfindən danışdıq, bir az da işinizin həm maraqlı, həm də digər peşələrdən fərqi haqqında məlumat verin.

- “Bu günki gün poçt, ATS, rabitə getdikcə daha sürətlə inkişaf etdiyinə görə, digər sahələrdən daha çox tələbat var. Gündəlik həyatımızda demək olar ki, hər işimizi kompüter vasitəsilə edirik. Əvvəl, məsələn, kiməsə ərizə göndərmək üçün poçtalyonlardan istifadə edirdik və məktubun tam hazır olub, digər məntəqəyə çatdırılması demək olar ki, bir ay çəkirdi. Ancaq bu gün tez bir zamanda göndərə bilirik”.

-İşdə başınıza heç qeyri-adi hadisə gəlib?

- “Bəli, olub. Gəliblər ki, mən göndərdiyim poçt gedib çatmayıb, ya da mənimki hələ gəlməyib. Belə olan halda çox vaxt başqası səhvən qol çəkib aparır. Buna da hansı işçi yol versə, o, mütləq cəzalandırılır”.

- Son olaraq, ixtisas və peşə seçimində çətinlik çəkən gənclərə nə məsləhət görərsiniz?

- “Peşə sənətinə yönləndirilib, sənət ala bilərlər. Sənət bəzən insanlar deyir ki, bu ali təhsil deyil, ancaq burdada yaşarkən bizə lazım olan sahələr var ki, gənclər onlardan hər hansı birinə yiyələnsələr gələcəkdə uğur qazanıb peşəkar ola bilərlər”.

 Lalə Bağırova

ƏTRAFLI...