• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 03.11.2023 20:08

II Liqada qalmaqal: hakimə təzyiq oldu, oyun yarımçıq dayandırıldı

KepezTV Player

Baş hakim Rövşən Rəcəbov təhlükəsizliyin təmin edilmədiyini, təzyiq olduğunu əsas gətirərək oyunu başa çatdırmaqdan imtina edib. Meydan sahibi “Göygöl” məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Klub, baş hakimin qərəzli olduğunu, nalayiq ifadələrdən istifadə etdiyini bəyan edib və ciddi ittihamlar irəli sürüb. 

Surxay Məmmədzadə- "Göygöl" klubunun rəsmisi: “”Göygöl” ilə “Şəki Siti” arasında olan oyunda hakimin etdiyi haqsızlıqlar və hakimin stadionda nalaiq ifadə işlətməsi onların simulyasiya etmələri ilə bağlı ittihamlar irəli sürdürməsi və hər şey gətirib bu vəziyyətə çıxartdı. Hətda onu qeyd etmək istəyərdim ki, hakim Rəcəbov Rövşən bizim oyunçulara deyir ki, "siz oyunu qumara qoyubsunuz". Bu ittiham, oyunçuların həvəsdən salınmağı bizim üçün gözlənilməz oldu”.

Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev televiziyamıza açıqlamasında əsasnamədə bu cür halların tənzimlənməsi ilə bağlı bəndlərin olduğunu deyib. Baş hakimin fikrincə oyuna futbolçuların, rəsmilərin və kənar şəxslərin müdaxiləsi varsa, matç yarımçıq dayandırıla bilər. Oyunda baş verənlərə artıq AFFA-nın İntizam Komitəsi hüquqi qiymət verib. Qərara əsasən, “Göygöl” 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib. 500 manat cərimələnən klub liqanın növbəti ev oyununu da azarkeşsiz keçirməli olacaq. Komandanın baş məşqçisi Araz Mansurov köməkçi və baş hakimə fiziki təzyiq göstərərək onları təhqir etdiyi üçün 10 oyun cəzalanıb. Klub 2000 manat məbləğində cərimə edilib. "Göygöl" rəsmilərinin bu qərarlarla bağlı apellyasiya verib-verməyəcəkləri qarşıdakı günlərdə bilinəcək. Klubdan televiziyamıza verilən açıqlamada belə deyilib.  

Ramin Paşayev