• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1648
— 03.11.2023 16:01

Azad olunan ərazilərdə bərpa-quruculuğa gələn il ən azı 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur

KepezTV Player

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə çıxışında deyib. Dövlət başçısı etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayıb. Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Prezident əlavə edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır. Lokal xarakterli antiterror tədbirlərindən danışan Prezident İlham Əliyev Qarabağda qanunsuz hərbi birləşmələrin zərərsizləşdirildiyini və Azərbaycanın konstitusiya quruluşunu tam bərpa etdiyini deyib.