Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə çıxışında deyib. Dövlət başçısı etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayıb. Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Prezident əlavə edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır. "Azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi palanlaşdırılır" - deyə Prezident bildirib. Lokal xarakterli antiterror tədbirlərindən danışan İlham Əliyev konstitusiya quruluşunun bərpa edildiyini və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirildiyini deyib.
- Baxış: 180