• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 03.11.2023 09:06

Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

KepezTV Player

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib. Yığma 1/4 finalda Bolqarıstana qalib gəlib. Əvvəlki raundda Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqibi üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər. Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Bu görüş bu gün baş tutacaq.