KepezTV Player
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və Samux rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Əsgərə məktub" layihəsi reallaşıb. Rayonun Sərkar kəndində fəallıq nümayiş etdirən sakinlər və məktəblilər hərbiçilərimizə ürək sözlərini yazıblar. “Əsgərə məktub” layihəsinə tariximizin qürur səhifəsi olan və zəfərə gedən yolda başlanğıc olan Aprel döyüşlərindən etibarən start verilib. Layihənin məqsədi Azərbaycan əsgərində ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq, əsgərlərimizə inamın sonsuz olduğunu nümayiş etdirməkdir.
Aişə Rzayeva
- Baxış: 281