KepezTV Player
"Qubadlı, Kəlbəcər, Zəngilan və digər ərazilərdə torpaqların qiymətləndirilməsi aparılıb. 714 min hektar ərazidə çöl, ölçmə işləri yekunlaşıb". Bunu Milli Məclisin iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə, müvafiq məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilib. Gələcəkdə həmin ərazilər kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək.
- Baxış: 231