• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 31.10.2023 13:14

Yeniyetməlikdən yetkinliyə

İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Ancaq danılmazdır ki, ən böyük dəyişiklik və inkişaf yeniyetməklikdən yetkinliyə keçid dövründə yaşanır. Yeniyetməlik dövründə yaşanan psixoloji böhranı anlamaq üçün həmin mərhələni və bu zamana qədərki yaş dövrlərinin normal inkişaf prosesini bilmək vacibdir. Yeniyetməlik uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji və ictimai inkişafın müşahidə olunduğu dövrdür. Həmin ərəfələr dəyişmə müddəti sayılır. Bu zaman kəsiyi şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı, qarışıqlıq və qərarsızlıqlar mərhələsidir. Həmçinin övladda valideynlərdən ayrılıb müstəqilliyini qazanmaq istəyi baş qaldırır. Mütəxəsisslər qeyd edir ki, eyni zamanda yetkinliyin  məsuliyyətindən uzaq olmaq hissi də bu yaş dövründə yaranır.   

Şəhla Həsənova- gənc tələbə: “Yeniyetməlikdən yetkinliyə keçid dövründə mən özümə qapanmışdım, insanlardan cəmiyyətdən qaçmağa çalışırdım. Bura, həm ailəm, həm də dostlarım daxil idi. O qədər hər kəsdən qaçırdım ki, bu səbəblə psixoloqa belə müraciət etmişdim. O da deyirdi ki, mən də sənin qədər evdə qalsaydım, çölə çıxanda elə bilərdim ki, hamı mənə baxır. Ona görə də gərək ünsiyyətdən qaçmayasınız, cəmiyyətdən uzaqlaşmağa çalışmayasınız. Çalışın sosiallaşın, dostlarınızla vaxt keçirin. Səbrli olmaq üçün, bir də özünüzə məşğulliyətlər tapasız,r əsm  çəkə bilərsiniz, yaxud da kiçik yaşlı uşaqlarla vaxt keçirə bilərsiniz”.     

Bəs bu dövrdə valideynlərinizlə münasibətiniz necə idi? Hansı sizi daha yaxşı anlayırdı, dəstək olurdu?

Şəhla Həsənova- gənc tələbə: “Anam çox anlayışlı olub, amma atam yox, çünki o, mənə inanırdı, belə deyim də sanki məni öz öhdəliyimə verib kimi. Ancaq anam məsuliyyət hiss edirdi. Mənəvi cəhətdən hər zaman yanımda olub. Lakin atam yox, heç bir işimə qarışmayıb, nə mənfi, nə də müsbət”.

Belə, əziz gənclər, çalışın, hansı yaş dövründə olursuz-olun, özünüzə inanın və inkişafınız üçün sizə faydalı olan fəaliyyətlərlə məşğul olun.

Lalə Bağırova

ƏTRAFLI...