• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1988
— 23.10.2023 13:02

İstedadlı gənc

Fidan Qədimova -  Gəncəm komandası olaraq fərqli istedadları tanıdırıq. Bugünki istedadlı gəncimiz isə geyimlərimizin ərsəyə gəlməsində  rolu olan Nigar xanımdır. Gəlin onunla və onun gördüyü işlərlə yaxından tanış olaq.

Nigar Əliyeva(dərzi)-  Mən Nigar 5 ilə yaxındır dərzi sənətilə məşğul oluram. Uşaqlıqdan bu sənətə həvəsim olduğu üçün ailəm mənə dəstək oldu və mən kursa yazılmaq qərarına gəldim. Kursda oxuyarkə peşə təhsil mərkəzinə qəbul olmaq üçün sənədlərimi verdim, və qəbul oldum. Bundan sonra sənətimi davam etdirmək qərarına gəldim. Və sənətimi inkisaf etdirirəm.

Fidan Qədimova- Nigar xanım mənə saç kəsmək üçün önlük tikməyi öyrətdi.

Nigar Əliyeva(dərzi)- Bugün sizə önlük tikəcəm. Hissələrini əvvəldən kəsmişəm. Diqqətli tikirik, bağlancı vururq.

Fidan Qədimova-  İş mənə çox maraqlı gəldiyinə görə maşın arxasına mən keçməyə qərarar aldım. Tikməyə başlayanda fərqinə vardımki bu iş göründüyü qədər asan məsələ deyilmiş. Amma qeyd də bilərəmki həqiqətən də əyləncəli işdir. Diqqət və səbr tələb edir. Nigar xanımdan dərzi üçün əsas məsələ nə olduğunu və hansı problemlərlə qarşılaşdığını soruçdum.

Nigar Əliyeva(dərzi)-Dərzi olmaq üçün əsas müştəri məmnunluğudu. Dərzi olaraq onlara yön veririk.

Fidan Qədimova- Bu sənətin daha maraqlı yanı isı öz dəbini özün yaratmaqdır.

Nigar Əliyeva(dərzi)- Öz geyimlərimi çox vaxt özüm tikirəm. Naxışların işlənməsidə işimdir. Düzgün ölçüb, düzgün işarə qoymalıyıqki işimiz səliqəli şıxsın.

Fidan Qədimova

 

ƏTRAFLI...