• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1946
— 02.11.2023 11:46

Reyd keçirildi, atmosferi çirkləndirən sürücülər cərimələndilər

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində reyd keçiriblər. Reyd şəhərin müxtəlif əriazlərində nəqliyyatın sıx olduğu yerlərdə baş tutub. Xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Nasaz nəqliyyat vasitələrini idarə edən sürücülər maarifləndirilib. Onlara avtomobillərin yanacaq sistemini tənzimləməklə  ixrac qazlarının tərkibini normalara uyğunlaşdırmaq tövsiyə edilib. Yoxlamalarda atmosferi həddindən artıq çirkləndirən, nəqliyyat vasitəsi standartlara cavab verməyən 20-yə yaxın sürücü barəsində inzibati qaydada tədbir görülüb. Bu cür reydlərin keçirilməsində məqsəd atmosferin çirkləndirilməsi hallarının qarşısını almaqdır. Analoji yoxlamalar qarşıdakı günlərdə də davam edəcək.