• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 01.11.2023 20:03

Azad edilmiş ərazilərdə ötən ay 1700-ə yaxın mina aşkarlanıb

KepezTV Player

 Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. Qurumun məlumatına görə, azad olunan ərazilərdə oktyabr ayı ərzində 928 tank əleyhinə mina, 767 piyada əleyhinə mina, 8 min 537 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 6 min 687  hektardan çox ərazi minadan təmizlənib.