Vətən müharibəsi 3 ilə yaxındır başa çatsa da, hələ də Azrəbaycan və Ermənistan sülhə nail ola bilməyiblər. Bu müddətdə Vaşinqton, Brüssel və Moskva münaqişə tərəfləri arasında platforma olsa da yekun müqavilənin imzalanmasının şahidi deyilik. Çünki danışıqlarda vasitəçilərin maraqları və Ermənistana tərəflənmə cəhdləri prosesi bir növ bloklayır. Regionda davamlı sülh istəyən Azərbaycan isə Qafqaz evi ideyası ilə Gürcüstanda region ölkəsi olaraq Azərbaycan-Ermənistan arasında görüşlərin təşkil ediməsini dəstəkləyir. Tbilisinin vasitəçiliyi real görünür və bu tərəflər arasında problemlərin həlli üçün böyük şansdır.
Bu fonda bir sual da ortaya çıxır, əgər Tbilisidə görüşlər baş tutarsa, sülh müqaviləsinin sözügedən şəhərdə bağlanma ehtimalı varmı? Bu sualı cavablandırarkən siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, sülh müqaviləsi Gürcüstanda bağlanarsa, bu, həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır. Ən əsas da Ermənistan üçün. Çünki Nikol Paşinyan dalana dirənmiş vəziyyətdədir və hər şeyin əldən çıxmasını istəmir.
Tbilisinin danışıqlar prosesinə töhfəsini verməsi Bakı və İrəvan üçün ideal variant ola bilər. Ona görə ki Gürcüstan Cənubi Qafqazın bir parçasıdır və regionda ancaq sülh və sabitliyin təmin olunmasını istəyir və ən əsası da qonşu ölkələrlə yalnız əməkdaşlıq və inkişaf üçün qarşılıqlı münasibət qurur.
- Baxış: 206