• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 27.10.2023 12:17

İstedadlı gənc -Aynurə Səmədova

 “Dünyanı gözəllik xilas edəcək”, - deyirlər. Biz xanımlar da hər zaman gözəl, baxımlı olmaq üçün stilistlərin, gözəllik mütəxəssislərinin yanına üz tuturuq ki, onlardan faydalı məsləhətlər alaq. Bu dəfə işinin peşəkarı olan Aynurə xanımın peşəsinin sirrlərini öyrənməyə gəldik.

- Neçə ildir ki, bu sənətlə məşğulsuz?

Aynurə Səmədova- stilist-vizajist: “Artıq 9 ildir ki, bu işlə məşğulam, işimi çox sevirəm. Uşaqlıqdan arzuladığım sahədə olduğum üçün çox sevinirəm”.

- Aynurə xanım, gəlin əvvəlcə düzgün makyaj qaydalarından danışaq. Çünki bu məlumat hər gün ondan istifadə edənlər əla məsləhət olacaq.

Aynurə Səmədova- stilist-vizajist: “Düzgün makiyaj qaydalarından ən əsas olanı üz dərisinə uyğun tonal kremlərdən istifadə etməlidirlər. Bəzən elə hallarla rastlaşıram ki, məsələn, qaradərili xanımdır, istəyir ki, ağ görünsün. Onda artıq o xanıma izah etməyə çalışıram ki, bu sizdə heç də yaxşı görünməyəcək. Üz dərisi ayrı, boyun fərqli rəng tonunda olacaq”.

- Bəs makiyaj edərkən xanımlar ən çox hansı səhvlərə yol verir?

Aynurə Səmədova- stilist-vizajist: “Vaxtilə mən də çox səhvlər etmişəm. Ancaq bunların üzərində işlədikcə sonra yaxşı alınır. Makiyaj edərkən əvvəlcə qaşlardan başlamaq daha yaxşıdır. Göz nahiyəni bitirdikdən sonra bazanı vururam, ondan sonra da tonal kremdən istifadə edirəm. Davamı olaraq konturlamaya keçirəm. Eynən konturlamada da üzü çox qaraltmaq lazım deyil, rəng tonlarına uyğun seçim etsinlər”.

- Bir az da dərimizə uyğun olan düzgün rəng tonlarından məlumat verin.

Aynurə Səmədova- stilist-vizajist: “Göz  və üzün formasına baxıb, rəng tonu seçmək daha yaxşıdır. Elə xanımlar var ki, gözün üstünü qaraltmağı çox sevirlər. Mən də elə burdan demək istəyərdim ki, onu etməsinlər. Nəyə görə etməsinlər, onu da qeyd edim ki, qara rəng gözü boğur və balaca göstərir. Kiçik gözlü xanımlar açıq rəng tonlarından istifadə etsələr, daha uyğun olar. Dodağa gələndə isə, sadə, açıq tonlar olsa, məsələn, gül qurusu, açıq qəhvəyi tonlar dəbdə olan və hər zaman sadəliyini qoruyub saxlayır”.

Necə deyərlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Əziz xanımlar, çalışmalıyıq ki, hər zaman özümüzü sevək və dəyər verək. 

Lalə Bağırova

ƏTRAFLI...