• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 30.10.2023 20:08

Amputant futbolçulardan ibarət milli Avropa çempionatına vəsiqə qazanıb

KepezTV Player

Azərbaycan komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə Şotlandiyada keçirilən Millətlər Liqasında iştirak edib. “D” divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo komandaları ilə mübarizə aparan futbolçularımız qrupu 2-ci pillədə tamamlayıb. Və 2024-cü ildə Fransada təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. İşğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət komandamız final mərhələsində ilk dəfə iştirak edəcək. 16 komandanın mübarizə aparacağı final mərhələsində Dünya çempionu Türkiyə ilə yanaşı İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü millilər qüvvəsini sınayacaq