• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 30.10.2023 16:40

Xankəndidən məcburi köçkün düşmüş soydaşlarımız tezliklə doğma yurdlarına qayıdacaq

KepezTV Player

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncədə Xankəndi və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.Tezliklə Xankəndidən məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdacağı, Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin onları da əhatə edəcəyi diqqətə çatdırılıb. Sakinlər Xankəndiyə qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyiblər. Görüşdə Xankəndindən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak edib. Qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.