Mahaçqala aeroportuna qanunsuz daxil olan şəxslər çıxarılıb. İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Rusiya DİN qanunsuz aksiya keçirilməsinin mümkünsüzlüyü barədə xəbərdarlıq yayıb. Bildirilib ki, “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən şəxslər məsuliyyətə cəlb olunacaqlar. Dağıstanda iğtişaşlarla əlaqədar operativ qərargah yaradılıb. Qarşıdurma yaradan 510 nəfərin şəxsiyyəti müəyyənləşib. Onların arasında səfərbərliyə cəlb olunan, axtarışda olan şəxslər var. İğtişaşlara çağırış edən 17 nəfərin kimliyi də müəyyən edilib. Qeyd edək ki, Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Hazırda hava limanı bağlanıb, təyyarələr digər aeroportlara yönəldilir. Hava limanı noyabrın 6-dək fəaliyyət göstərməyəcək.
- Baxış: 169