"Türkiyə Cümhuriyyətinin xoşbəxt, firavan və qalib olmasına heç bir güc mane ola bilməyəcək". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə bağlı xalqa müraciətində deyib. "İnşallah, çox da uzaq olmayan gələcəkdə 100 milyon əhalisi olan Türkiyəni görəcəyik. Üzvü olmaqdan qürur duyduğumuz sevimli millətimizə 21 ildir ki, “Millətə ağalıq yoxdur, xidmət var” inancı ilə yanaşırıq”, - Türkiyə lideri bildirib. Ərdoğan vurğulayıb ki, harada məzlum, qurban, göz yaşı tökən varsa, onun köməyinə gələn, əlindən tutub ayağa qaldıran, dərdinə şəfa verən Türkiyədir. "Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət, Qarabağda göstərmişik", - Ərdoğan əlavə edib.
- Baxış: 161