• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 30.10.2023 08:46

Laçına növbəti köç yola düşüb

KepezTV Player

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Laçına daha 20 ailə - 70 nəfər yola düşüb. Bu mərhələdə Bakı və Sumqayıt şəhərlərindən köçürülən 16 ailə Qaradağ rayonundakı yaşayış kompleksindən yola salınıb. Dörd ailə isə Beyləqan və Şamaxı rayonlarında məskunlaşdıqları ərazidən yola düşüb. Və Horadiz şəhərində köç karvanına qoşulacaq. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra  bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bügünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 315 ailə - 1 205 nəfər köçürülüb.