Dahi alim Fridrix Nitşenin də dediyi kimi, “İnsanın başı qarışıq bir aləmdir. Hansı hissənin işıqlanması, işığın hansı tərəfdən düşməsindən asılıdır”. Ümumiyyətlə, həyatda müxtəlif seçimlər var. Ancaq unutmamalıyıq ki, hər şey öz əlimizdədir. Ya uçurumdan aşağı baxacaqsan, ya da zirvədən boylanacaqsan. Uzun sözün qısası, “Zirvə”dən səslənirik!
Həyatda müəyyən anlayışlar var ki, bizim inkişafımıza təkan verir. Eyni zamanda bu barədə bizə kömək göstərən zəka oyunları da mövcüddur ki, 7-dən 77-yə hər kəs üçün beyin gücləndirmə məşqini həyata keçirir və təkamül prosesi gücləndirilir. “Gəncəm” olaraq, bu gün bu haqda danışacağıq.
İndi isə yollanırıq zəka oyunları ilə bağlı gənclərin maraq dairəsini əhatə edən sahibkar müsahibimizin yanına.
- Gənclər zəka oyunlarında ən çox hansılarına üz tuturlar?
Əli Səfərov- Gənc sahibkar: "Düşünürəm ki , gənclərimiz daha çox beyin inkişafetdirici oyunlarla məşğul olsalar, daha gözəl olar".
- Azərbaycanda bu yöndə inkişaf üçün hansı addımlar atılır?
Əli Səfərova- Gənc sahibkar: "Breyrinqlər təşkil olunur və beləliklə gənclərin oyunlara marağı artır".
Müsahibimizin dediklərinə əsasən, deyə bilərik ki, gənclərin həyatında maarifləndirici oyunların rolu əvəzsizdir. Biz də gənclər olaraq, öz növbəmizdə onlarla yetərincə məşğul olmalı və öyrənməliyik. Alimlərin fikrincə, insanın həyatı da bir oyundur. Sadəcə sənin idarəetməndən aslıdır. Həyatımız da zəkamız kimi müsbət yönə addımlasın!
Tellan Zeynalova
- Baxış: 320