• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 806
— 26.10.2023 20:11

İnformasiya infrastrukturlarına kibertəhdid

KepezTV Player

"Ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə təhlükəsizlik risklərinin idarə edilməsini labüd edir. Və informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlılığı artırılmalıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev "Critical Infrastructure Defence Challenge 2023" tədbirində çıxışı zamanı Milli Kibermərkəzin qurulması istiqamətində işlərin həyata keçirilidiyini deyib. Sədr bu sahəyə göstərilən diqqət nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə öndə olduğunu da vurğulayıb. 

Dünyada və ölkəmizdə baş verən hadisələr fonunda yeni reallıqlar kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin gücləndirilməsi məsələlərini də aktuallaşdırıb. Bu baxımdan Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərinin kiberhücumlardan müdafiənin inkişaf etdirilməsi məqsədilə "Kibermüharibə" yarışının keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

"Bu ilin 9 ayı ərzində internet bankçılığı vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 172 milyard manat olub". Mərkəzi Bankının sədri Taleh Kazımov belə deyib. Bildirib ki, bu, maliyyə institutlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlərin gücləndirilməsini zəruri edir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma memorandumu imzalanıb. Sənəd iki qurumun maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi, kiberhücumlar barədə məlumat mübadiləsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədi daşıyır.

Azad Mustafayev