• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 26.10.2023 16:14

"Türkiyə Cümhuriyyətinin yaranması" mövzusunda tarix dərsi keçirilib

KepezTV Player

"Türkiyə Cümhuriyyətinin yaranması" mövzusunda tarix dərsi keçirilib

Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbdə "Türkiyə Cümhuriyyətinin yaranması" mövzusunda tarix dərsi keçirilib. Dərsdə Türkiyədə Mustafa Kamal Atatürkün başçılığı ilə milli azadlıq hərəkatı və Türkiyə Cümhuriyyətinin yaranmasından danışılıb. Azərbaycan - Türkiyə əlaqələri müasir dövrdə mövzusunda təqdimat olub. Şagirdlər Atatürkün Türk gəncliyinə Xitabını ifa edib və musiqili kompozisiyalarla çıxış ediblər. Aktiv şagirdlərə Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra 28 nömrəli məktəbdə Türkiyənin Cümhuriyyət elan olunmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində məktəbin həyətinə 100 ədəd ağac əkilib. Sonra yubiley münasibətilə konsert proqramı keçirilib.

Recep Öztop- Türkiyənin Gəncədəki Baş konsulu: “Burada böyük fədakarlıqla çalışan hörmətli müəllim və tələbələrimizin əməyi sayəsində biz Azərbaycan ilə Türkiyə arasında tarixi keçmişi və indiki dostluğu, gələcəyimizə yönələn gözəl səhnələri gördük. Həm mədəni, həm təhsil, həm də tarixi cəhətlərlə çox zəngin olan bu proqram əslində ürəyimizə olan sevgini ifadə edən bir forma idi. Hazırda Şuşa Bəyannaməsi sayəsində biz Türkiyə-Azərbaycan münasibətlərinin və qardaşlığının daha yüksək səviyyəyə keçməsi prosesini yaşayırıq. Birinci əsrdə bunu yaşadıq və növbəti yeni əsrdə bunun daha yaxşısını yaşayacağımıza heç kim şübhə etməsin”.

Pərvin Abbaszadə