Rotterdamda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə əlaqədar soydaşlarımızla görüş keçirilib. Söhbət zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ətrafında fikir mübadiləsi aparılıb. Soydaşlarımızın Ermənistandan mərhələlərlə qovulması ilə bağlı yerli ictimaiyyətin məlumatlandırılması və bu istiqamətdə hüquqi maarifləndirmənin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib. Vurğulanıb ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qayıdışı onların qanuni haqqıdır və bu labüddür.
- Baxış: 48