• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2419
— 11.06.2019 21:40

Gəncədə avtobus və mikroavtobusların hərəkət qrafiki dəyişdirilir

KepezTV Player

Gəncədə bəzi avtobus və mikroavtobusların hərəkət qrafikində dəyişiklər edilir. Şəhər sakinlərindən daxil olan müraciətlər əsasında 5, 6 və 18 saylı marşurut xətti üzrə hərəkət edən ictimai nəqliyyat vastələrinin xətti uzadılacaq. Yeni salınan qəsəbələrə sərnişin daşıyan mikroavtobusların da yolu dəyişdirilir. Bu, 28, 31 və digər marşurut xətlərinə şamil ediləcək. İlin əvvəlində isə 4 və 5 nömrəli xətt üzrə hərəkət edən avtobus və mikroavtobusların marşurut xətti uzadılıb. Həmçinin 8 saylı marşrut xəttinin sxemində dəyişiklik olunub. Şəhərdaxili marşrutlarda sərnişinlərin vaxtlı-vaxtında və təhlükəsiz daşınması, eləcə də sürücülərin nizam-intizam qaydalarına riayət etməsi üçün mütəmadi reydlər də davam etdirilir. Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi tərəfindən ilin əvvəlindən qanun pozduqları üçün 30-a yaxın sürücüyə cəza tədbirləri görülüb. Gəncədə gün ərzində 34 xətt üzrə 287 avtobus və mikroavtobus sərnişin daşıyır. İctimai nəqliyyat vastələrinin hərəkət qrafikinə İdarənin 6 dispeçiri nəzarət edir.

Azər Məmmədov Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin sektor müdiri: Marşurutların xətləri uzadılacaqdı. O da şəhərdə müəyyən avtobusların dəyişdirilməsi ilə bağlı olacaqdı.Yeni avtobuslar gəlib xətt üzrə çıxanda həmin məsafələrin uzanması ilə bağlı da marşurtların xətlərində də uzanma olacaq. Qəsəbələrdə yenə də hansısa marşurutlara ehtiyac olacaqsa həmin marşurutların uzanması ilə bağlı müraciətlər edilərsə həmin marşurutlar da uzadılacaq.

 

Elnur Vahidoğlu