• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 24.10.2023 13:18

Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Gəncədə qeyri-aşkar şəraitdə şəhər sakini olan qadına kəsici alətlə üz nahiyəsindən xəsarət yetirilib və onun ümumilikdə 637 manat dəyərində əmlakı quldurluq yolu ilə ələ keçirilib. Əməliyyat-axtrarış tədbirləri nəticəsində Mətləb Mayılov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Bu, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin, Cinayət Axtarışı İdarəsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mümkün olub. 


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar
Bundan başqa, oktyabrın 21-23 tarixlərində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində daha 74 nəfər saxlanılıb. Onlar Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.  Saxlanılan hər bir şəxsin üzərində, avtomobillərində, yaşadıqları evlərdə o cümlədən digər yerlərdə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr tapılıb. O cümlədən güclü təsiredici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Hər bir faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. Polisdən qeyd edilib ki, saxlanılan şəxslərdən 12 nəfəri sükan arxasında narkotik vasitə qəbul edənlər olub.