• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1605
— 24.10.2023 10:18

Avropa çempionatında uğurla çıxış etmiş gimnastlar Vətənə qayıdıblar

KepezTV Player

Bolqarıstanın Varna şəhərində keçirilən akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar. Gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar. Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri ümumilikdə yarışı 7 qızıl və 2 gümüş medalla başa vurublar.