Şagirdlərin məktəb və sinif dəyişməsi mümkündür
Orta məktəblərin 2-11-ci siniflərində təhsil alan şagirdlərin elektron yerdəyişməsinə başlanılıb. Prosesin elektron formada aparılması valideynin təhsil müəssisəsi ilə təmasını azaltmaq və şəffaflığı təmin etməkdir. Gəncədə yerdəyişmə 1 saylı “ASAN” xidmət mərkəzində aparılır. Valideyinlər burada təhsil xidmətləri pəncərəsinə yaxınlaşaraq, texniki dəstək ala bilirlər. Məktəb göndərilən sorğunu cavablandıraraq şagirdi qəbul edir və bununla da proses başa çatır. Proses oktyabırın 31-nə kimi davam edəcək. Yalnız məktəbəqədər hazırlıq qrupları və birinci siniflərdə yerdəyişmə aparılmır.
Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Yerdəyişmə prosesi şəxsi təşəbbüsdür. Valideyin istəyirsə övladını bir məktəbdən digər məktəbə yerdəyişmə edə bilər. Hansı halda ki, həmin məktəbdə və sinifdə yer vardır. Həmçinin, məktəbdaxili də bir sinifdən digər sinfə də yerdəyişmə ola bilər. Şagirdlərin yerdəyişməsi asan şəkildə nizamlanmış bir prosesdir. Valideynlər bunu çox asan şəkildə edə bilərlər. Bunu icra edə bilməyənlər ümumtəhsil məktəblərinə, yerli təhsil sektorlarına da yaxınlaşa bilərlər”.
Yalçın Əliyev- sakin: “Hər şey elektron formada gedir. Çox yaxşıdır. “ASAN” Xidmətdə edirlər, vətəndaş razı gedir”.
Nailə Nəsibova- sakin: “Çox yaxşıdır, rahat gedib elətdiririk. İstifadə də eləmişik razıyıq”.
Elnur Vahidoğlu
- Baxış: 411