• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 23.10.2023 14:26

TDT Təhlükəsizlik Şurasının katibləri regiondakı vəziyyəti müzakirə ediblər

KepezTV Player

Özbəkistanın Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı Təhlükəsizlik Şurası katiblərinin 2-ci iclası keçirilib. Toplantıda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov təmsil edib. Tərəflər Təşkilat ölkələrini hədəf alan mövcud təhlükəsizlik təhdidləri ilə yanaşı, bəzi regional və beynəlxalq məsələlərin türk dünyasına ehtimal edilən təsirlərini müzakirə ediblər. İclasda qurumun qəbul etdiyi qərarların həyata keçirilməsi üçün İşçi qrupun yaradılması barədə razılığa gəlinib.