• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 21.10.2023 11:18

Azərbaycanın bir taekvondoçusu Avropa çempionu olub, digəri bürünc medal qazanıb

KepezTV Player

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan yığması Belqradda keçirilən Avropa çempionatında 2 medal qazanıb. Yığma yarışın ikinci günündə 1 qızıl və 1 bürünc mükafata sahib olub. Şəms Əlizadə Avropa çempionu tituluna yiyələnib. Yığmanın digər üzvü İlyas Hətəmli isə Avropa birinciliyini 3-cü pillədə tamamlayıb.