• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 18.10.2023 12:43

Şəkillər xatirədir, ya mükəmməllik yarışı?

Dahi şair Nizami Gəncəvi deyib:

“Aldanma insanın gözəlliyinə,
Gözəllik insanın daxilindədir.
Xarici olsa da parlaq bir günəş,
Daxili bəlkə də zülmət gecədir”.

Bu sözə inanmaq gün keçdikcə çətinləşir. Çünki sosial medianın inkişafı özü ilə bərabər fərqli simaları da gətirir. Sadəlik - mənəvi gözəlliyin əsas şərtidir. Bəzən sadəlik faizinin ən az olduğu mövqelərdən biri də məhz sosial şəbəkə olur. Fotoşopla düzələn paylaşımlar, fərqli simalar insanlara fərqli görünüş bəxş edir:

Mehnarə Əhmədzadə - gənc: “Sosial şəbəkədən aktiv  istifadə edirəm. İnsanların fikirləri mənim üçün önəmli deyil”.

Müsahibimizin dediklərinə əsasən deyə bilərik ki, əgər sən sıx sosial şəbəkə istifadəçisisənsə müəyyən hallarda belə olsa, fotoşoplu şəkillərdən istifadə etməli olacaqsan. Eyni zamanda statistika da bizə sübut edir ki, sosial platformalar içərisində ən çox fotoşopdan istifadə edilən media proqramı “İnstaqram”dır. Bəs gənclər ən çox hansı sosial şəbəkədən istifadə edir?

Mehnarə Əhmədzadə - gənc: “ İndi hər kəs gündəlik zamanının çoxunu sosial şəbəkədə keçiririr və eyni zamanda qınaq obyektinə də çevrilirlər. Buna səbəb də fotoşoplu paylaşımların həddən artıq olmasıdır. Qadınlar bundan daha çox istifadə edir”.

Sosial şəbəkədən istifadə etməklə özünü sevdirən və müəyyən izləyici auditoriyasına çatan şəxslər çoxdur.

İndi isə, musiqi peşəsində həm karyerada yüksəlmək üçün bu platformadan istifadə edən, həm də səsini insanlara dinlədən müsahibimizin yanına yollanırıq.

Emil Salmanov- Gənc müğənni: “Məni sosial mediadan tanıyanlar daha çoxdur. Və bu da mənim  peşəmi daha çox tanıtmağa gətirib çıxardı. Hazırda sosial mediaya axın çoxdur. Bunu müsbət qarşılayıram”.

ƏTRAFLI...