KepezTV Player
AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub. Son gündə turun mərkəzi görüşü C qrupunda keçirilib. Uemblidə İngiltərə yığması İtaliyanı qəbul edib. Maraqlı mübarizə şəraitində keçən oyunda Britaniya komandası öz meydanında əzmkar qələbə qazanaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Qonaqlar Skamakka ilə hesabı açsalar da, Harri Keynin dublu və Markus Raşfordun qolu ev sahiblərinin qalib gəlməsini təmin edib - 3:1. Buna qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya və Macarıstan Avropa çempionatına vəsiqəni rəsmiləşdiriblər.
- Baxış: 287