• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 18.10.2023 09:12

Qəzza zolağını 1 milyon insan tərk edib

KepezTV Player

Fələstin-İsrail münaqişəsinin növbəti gərginləşməsindən sonra Qəzza zolağında məcburi köçkünlərin sayı 1 milyona çatıb. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bildirib. "Hərbi əməliyyatların başlanmasından bəri məcburi köçkünlərin sayı 1 milyona çatıb, o cümlədən 352 mindən çoxu hazırda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Qəzza zolağının mərkəzi və cənub hissələrində yerləşən məktəblərində sığınacaq tapıb. Təxminən 55 min nəfər digər 51 sığınacaqda yaşayır", - deyə qeyd olunub. Həmçinin bildirilib ki, Qəzza zolağında "İki həftəlik əsas ərzaq ehtiyatı, yalnız dörd-beş günlük ərzaq mağazası qalıb. Bu arada İsrail Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Qəzza xəstəxanasında baş verən güclü partlayış Fələstin anklavından uğursuz raket atılması nəticəsində baş verib və buna görə “İslami Cihad” qruplaşması məsuliyyət daşıyır.