• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 18.10.2023 09:10

Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür

KepezTV Player

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. Azərbaycan ordusu tarixi Xudafərin körpüsünü Vətən müharibəsinin 22-ci günü erməni işğalından azad edib. Xudafərin körpüsünün azadlığına qovuşması heç də asan olmur.

Vətən müharibəsi iştirakçısı: “O istiqamətə hərəkət vaxtı oradan bir texnikanın çıxdığını müşahidə elədik. “UAZ” markalı avtomobil hərəkətə başladı, biz təcili olaraq həmin texnikaya pusqu atdıq və orada düşmən məhv edildi. Kamera müşahidə məntəqəsində artıq az bir heyət qalmışdı. Orda da əməliyyat keçirdik. Düşmən qrupları məhv edildi və həmin o kamera müşahidə sistemi sıradan çıxarıldı. Rabitə avadanlıqları ələ keçirildi və istiqamətimiz, əsas hədəfimiz Xudafrin körpüsünü və onun ətraf ərazilərinin düşməndən azad edilməsi idi. Biz artıq o yüksəkliklərdə düşmən qüvvələrini sıradan çıxardıqda artıq aşağı hissələrdə düşmən qüvvələri geri çəkilməyə məcbur qalmışdı. Biz gəldik müəyyən vaxtlarda, 3-4 saat müşahidə apardıq. Artıq Xudafərin körpüsünün ətrafının boş olduğunu müşahidə etdik. Və burda qruplar yerləşdirildi”.

Pərvin Abbaszadə