• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 17.10.2023 16:04

Mülki şəhidlərin xatirəsinə yürüş keçirilib

KepezTV Player

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin 17 oktyabr 2020-ci il tarixində raket atəşinə tutulmasının üçüncü ildönümü ilə əlaqədar olaraq yürüş keçirilib. Yürüş şəhərin 1 saylı “ASAN xidmət” mərkəzinin önündən Qələbə parkına qədər davam edib. Yürüşdə gənclər təşkilatlarının üzvləri, şəhər ictimaiyyəti və sakinlər iştirak ediblər. 

2020-ci il oktyabrın 17-i gecə saat 1 radələrində Gəncənin Cavadxan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutulub. Yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bayram Aslanov- YAP Gəncə şəhər təşkilatının sədri:  “Biz düşündük ki, topluma bir mesaj verək, terrora yox deyək və bir yürüş tənzimləmişdik. Yürüşdə təxminən 600-ə yaxın gənc iştirak edirdi və hər  bir gənc burada toplanaraq terrora yox dedik. Bir daha dünya ictimaiyyətinə göstərməyə çalışdıq ki, biz, Azərbaycan gəncliyi olaraq Ali Baş Komandan ətrafında birləşməyə hazırıq.  Biz hər zaman dik durmağı bacarırıq. Birliyimizi-bərabərliyimizi təmin etməyə hər zaman qadir xalqın nümayəndələriyik”.