• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2042
— 17.10.2023 14:23

Gəncə tarixinin aktual problemləri müzakirə edilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan respublika elmi-praktik konfransı keçirilib. “Gəncə tarixinin aktual problemləri” mövzusuna həsr olunan konfransda elmin müxtəlif sahələrindən məlumatlarla yanaşı, həm də qərb bölgəsində görülən elmi tədqiqat işlərindən danışılıb. Son illərdə fransız, alman, yapon arxeoloqlarının da iştirakı ilə Gəncədə kurqanların aşkarlanması, oradan əldə olunan maddi-mədəniyyət nümunələri barədə müzakirələr aparılıb. Gəncənin tarixi ilə bağlı hazırlanan müxtəlif mövzulu məruzələr təqdim olunub.

Aişə Rzayeva