• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 17.10.2023 12:03

Vaqif Xaçaturyanın məhkəməsində ittiham aktı elan olunub

KepezTV Player

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesi keçirilib. Məhkəmədə ittiham aktı elan olunub, zərərçəkmişlər dindirilib. Onlar Vaqif Xaçatryanın ömürlük həbs edilməsini istədiklərini bildiriblər. İclasda Meşəli kəndində terror aktında iştirak edən ermənilərin adları məlum olub. Növbəti məhkəmə prosesi oktyabrın 18-də davam etdirəcək. Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Onun iştirakı ilə ermənilərdən ibarət cinayətkar dəstə tərəfindən 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqibetmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycanın digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.