• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 977
— 17.10.2023 11:42

"BQXK-nın illik hesabatlarında da Qarabağ hər zaman Azərbaycanın ərazisi kimi qeyd olunub"

KepezTV Player

Ötən il 1202 bioloji istinad nümunəsi, 90-cı illərdə münaqişə ilə bağlı itkin düşmüş şəxslərin 523 ailə üzvündən toplanılıb. 2023-cü ilin yanvar-iyun ayı ərzində 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlanılıb, 3 rayonda aparılmış ekshumasiya layihələrinə dəstək göstərilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin sözcüsü İlahə Hüseynova deyib ki, Xankəndidəki ofis hazırda fəaliyyət göstərir. "Xankəndidə olan ofis heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq. Komitənin illik hesabatlarında da Qarabağ hər zaman Azərbaycanın ərazisi kimi qeyd olunub". Sitatın sonu.