• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 17.10.2023 11:13

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulacaq

KepezTV Player

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulacaq. Son oyun günündə yeddi qarşılaşma keçiriləcək. A qrupunda Ukrayna millisi Maltanın, İtaliya yığması İngiltərənin qonağı olacaq. Britaniyalılar qələbə qazanacaqları təqdirdə, final mərhələsinə vəsiqə əldə edəcəklər. G qrupunda isə Macarıstan Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Komanda bunun üçün səfərdə Litvaya qalib gəlməlidir. Bu qrupun digər matçında isə Serbiya doğma meydanda Monteneqronu sınağa çəkəcək. H qrupunda Finlandiya Qazaxıstanla, Şimali İrlandiya Sloveniya ilə, San Marino isə Danimarka ilə üz-üzə gələcək. Danimarkalılar qalib gələcəyi halda, digər görüşlərin də nəticələrindən asılı olaraq, final mərhələsində yerini təmin edə bilər.