• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1456
— 16.10.2023 19:06

Sərbəst güləş üzrə respublika turniri keçirilib

KepezTV Player

 Gəncədə SSRİ idman ustası, əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə böyüklər arasında respublika turniri keçirilib. Yarış yerli Olimpiya İdman Kompleksində baş tutub. Çıxış edənlər İsax Cəfərovla bağlı xatirələrini bölüşərək, onun Azərbaycan güləşinin inkişafında əvəzsiz rolunun olduğunu və bir çox tanınmış güləşçilərin yetişməsində xidmətlərindən danışıblar. Rəsmi hissənin ardından görüşlərə start verilib. Turnirə ölkə üzrə 70-ə yaxın idmançı qatılıb. Yarışda 10 komanda iştirak edib.