• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 875
— 16.10.2023 12:05

Dünya çempionatında iki dəfə Azərbaycan himni səsləndirilib

KepezTV Player

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatının bağlanış mərasimində iki dəfə Azərbaycan himni səsləndirilib. Buna, Gövhər Beydullayeva və Məhəmməd Muradlının qızıl medal qazanmaları səbəb olub. Onlar fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, mükafatlandırılıblar. Gövhər Beydullayeva rapid, Məhəmməd Muradlı isə blits yarışında dünya çempionu olub. G.Beydullayeva həmçinin blitsdə üçüncü yeri tutub.