Müasir dövrümüzdə hər bir gəncin bilməli olduğu ən vacib nüanslardan biri xarici dil anlayışıdır. Karyera həyatımıza başlayan zaman, xarici dil biliyi bizə daha asan iş tapmaq avantajı verir. Çünki elə sahələr var ki, orada dil biliyi mütləqdir. Dil biliyini artırmaq insanda eyni zamanda özünə inamı da artırır.
Gülər Rzayeva- Xarici dil müəllimi: “Hal-hazırda bütün dünyada xarici dilə tələbat çox böyükdür. Həmçinin də bizim ölkəmizdə. Artıq fikir veririk ki, uşaqlar bağçaya getdiyi dövrdən ingilis dilini öyrənməyə başlayırlar ”.
Son texnoloji yeniliklər bizə bütün dünyada insanlarla sıx əlaqədə işləməyə imkan verir. Ölkələrlə əlaqələr artdıqca xarici dildə danışmağa tələbat da artmış olur.
Aysu Mustafayeva- tələbə: “Bugünkü gün gənclərimiz də yeni dil öyrənməyə meyllidir. Hətta bəzi gənclərimiz rus və ingilis dilini öz doğma dilləri kimi danışır. Bu da onlara gələcək həyatında, karyeralarında və xaricə səfərləri zamanı kömək edir”.
Dil digər mədəniyyətləri bilavasitə öyrənmək üçün ən düzgün yoldur. Xarici dildə danışmaq, öz fikrini ifadə etmək, ünsiyyət bacarığı bizə ölkənin incəsənət, mədəniyyət və ədəbiyyatı haqqında daha dolğun məlumat əldə etməyə kömək edəcək.
Xuraman Ağayeva
- Baxış: 302