• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 14.10.2023 15:52

“Şuşa Türk dünyasının mədəniyyət paytaxtı" adlı poçt markası hazırlanıb

KepezTV Player

TÜRKSOY Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə poçt markası hazırlanıb. I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" adlı poçt markasının "Birinci gün zərfi"nin üzərində rəsmi olaraq möhürlənməsi mərasimi keçirilib. Buraxılış 1 markadan ibarət blok şəklində, 5000 tirajla hazırlanıb. Blokun üzərində "Şuşa-2023" loqosu, TÜRKSOY-a üzv ölkələrin bayraqları və Şuşanın atributları həkk olunub.