• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 14.10.2023 15:46

"AŞPA-nın qətnaməsi Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə təhrik edir"

KepezTV Player

Avropa Şurası Parlament Assambleyasının qətnaməsini və tövsiyəsini qətiyyətlə rədd edir və şiddətlə qınayırıq. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin AŞPA-nın qətnamə və tövsiyəsinə dair şərhində əksini tapıb. Qeyd olunub ki, bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir. XİN-dən bildirilib ki, AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır. "Bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsindəki planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz" - Nazirlikdən vurğulanıb.