BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib. İnkişaf hüququ Qoşulmama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır. XİN-dən verilən məlumaat görə, bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öhdəlikləri ehtiva edən beynəlxalq sənədin ilk dəfə olaraq BMT Baş Assambelyasına təqdim edilməsinə yol açır. Azərbaycan bundan sonra da BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli beynəlxalq formatlarda insan hüquqlarının ayrılmaz hissəsi olan inkişaf hüququnun təşviqi və irəlilədilməsində aktiv fəaliyyətini davam etdirəcək.
- Baxış: 207