• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 14.10.2023 12:13

Niderland Fransaya yenilib

KepezTV Player

AVRO-2024-ün seçmə mərhələsinin VII turunda B qrupunda mübarizə aparan Niderland milli komandası Fransa seçməsi ilə üz-üzə gəlib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Fransızlar Kilian Mpappenin 7-ci və 53-cü dəqiqələrinə təsadüf edən qolları ilə qələbə qazanbılar. Nederlandlıların təsəlli qolunu Hartman vurub. O 83-cü dəqiqədə qola imza atıb.


Portuqaliya Slovakiyaya qalib gəlib 
J qrupunda isə Portuqaliya ilə Slovakiya münasibətləri ayırd edib. İlk dəqiqələrdən daha yaxşı təsir bağışlayan meydan sahiblərindən 18-ci dəqiqədə Qonsalo Ramos slovakiyalıları mərkəzə dəvət edib. 29-cu dəqiqədə penalti nöqtəsinə yaxınlaşan Kriştiano Ronaldo qol vurmaq imkanını qaçırmayıb. Ikinci hissədə fəallaşan qonaqlar David Hakonun 69-cu dəqiqədə vurduğu qol ilə fərqi azaltsalar da, qocalmaq bilməyən və yüksək səviyyədə oynamağa davam edən Ronaldo 72-ci dəqiqədə yenidən qonaq azarkeşləri məyus edib. Matçda sonuncu qolu Slovakiya yığması vurublar. Stanislav Lobotka 80-ci dəqiqədə adını tabloya yazdırıb. Portuqaliya 3 Slovakiya 2