Qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib. Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib. Ilk hissəyə əlavə olunan 4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil Şeydayev əllə oyuna görə təyin olunan penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdləri bir nəticə verməyib və millimiz seçmə mərhələdə ilk qalibiyyətini əldə edib. Bununla F qrupunda yer alan Azərbaycan yığması xallarının sayını 4-ə yüksəldib. Sonuncu pillədəki Estoniyanın isə 1 xalı var.
Oyunundan sonra millimizin baş məşqçisi Canni De Byazi mətbuat konfransında komandasının çıxışından razı qaldığını, seçmə mərhələdə daha bir qələbə qazanacaqlarına ümid etdiyini deyib.
Avstriya yığması minimal fərq ilə yenilib
F qrupunun digər oyununda isə oktyabrın 16-da Azərbaycan yığması ilə görüşəcək Avstriya seçməsi Belçika millisinə doğma meydanda 2:3 hesabı ilə yenilib. Matçın 12-ci dəqiqəsində belçikalılardan Dodi Lukebakio tablonu hərkətə gətirib. 55-ci dəqiqədə adı çəkilən futbolçu yenidən fərqlənərər dubl ilə yadda qalıb. Bu qoldan 3 dəqiqə sonra Romelu Lukaku rəqib üzərində ki üstünlüyü 3 topa çatdırıb. Meydan sahibləri Konrad Laymerin qolu ilə hərəkətə keçiblər. O 72-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. 84-cü dəqiqədə Marsel Sabitser penaltini qola çevirərək fərqi minimuma endirsə də meydan sahiblərinin bərabərlik qolunu vurmağa vaxtı çatmayıb. F qrupuna 16 xalla Belçika başçılıq edir. Avstriya 13 xalla ikincidir.
- Baxış: 256