• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 13.10.2023 15:56

Xocavənddəki mina partlayışı ilə bağlı araşdırma aparılır

KepezTV Player

Bu gün saat 5 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə Xocavənd rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun öldüyü və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı müəyyən edilib. Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.