KepezTV Player
Fransa Avropa Şurasının təsisçisi kimi təşkilatın insan haqları, qanunun aliliyi və demokratiya ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyib. Təqdim olunan hesabata görə, Fransa hüquq-mühafizə orqanlarının silahdan istifadə etməsi kütləvi nümayişlər zamanı ciddi xəsarət və ölümlərə səbəb olub. Əlcəzair-Mərakeş əsilli 17 yaşlı Nahel Merzukun yol polisi əməkdaşı tərəfindən güllələnərək öldürülməsi həddindən artıq güc və irqçiliyin sistemli xarakterinin nümunəsidir. Bu fikirləri AŞPA-nın payız sessiyasında “Fransanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərə riayət etməsi”nə dair dövri hesabatın müzakirəsi zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Kamal Cəfərov çıxışında deyib.
- Baxış: 200